“Qızlar düşünür ki, Həcinin pulu var”

"Həci olmaq gözəl hisdir. Allah hamıya qismət etsin. Həm də məsuliyyətli işdir. "Həci Emil" deyəndə istər-istəməz adam özünü yığışdırır".

“Qızlar düşünür ki, Həcinin pulu var”


Intime.az xəbər verir ki, bu sözləri müğənni Emil Bədəlov "Üçümüz" verilişində deyib. O, son günlər şou-biznesdə gündəm olan "Həci" söhbətindən bəhs edib.

Emil ona ünvanlanan "Niyə qızlar Həcilərə maraq göstərir" sualına belə cavab verib:

"Baxır niyyəti nədir. Bəlkə qız düşünür ki, Həcidir, sevsə, ona xəyanət etməz. Elə qızlar da düşünür ki, Həcidir, pulu var. Bunlar düşüncəsiz insanlardır". / Axşam.az