Rəşada efir qadağası qoyuldu - AzTV-dəki proqramı bağlandı

Rəşad AzTV-nin təşkil etdiyi tədbirlərdə, konsertlərdə çıxış etməyəcək

Rəşada efir qadağası qoyuldu - AzTV-dəki proqramı bağlandı

Əməkdar artist Rəşad İlyasovun AzTV və Mədəniyyət kanalında yayımlanan “Yaradanlar və yaşadanlar” proqramı bağlanıb. 

İntime.az xəbər verir ki, bu barədə “Hər şey daxil” proqramının aparıcısı Tarix Əliyev məlumat verib. O,  R. İlyasovun sözügedən qalmaqaldan sonra verilişinin yayımdan qaldırıldığını, 6 ay müddətində sənətçinin aparıcı kimi efirə çıxmayacağını qeyd edib. 

Canlı efirə bağlanan Əməkdar artist məlumatı təsdiqləyib.

***

AzTV-dən "Qafqazinfo"ya daxil olan məlumata görə, Dövlət Televiziyası təkcə sənətçinin proqramını bağlamayıb, ona altı ay müddətində efirə çıxmağı qadağan edib.

Bundan əlavə, Rəşad AzTV-nin təşkil etdiyi tədbirlərdə, konsertlərdə çıxış etməyəcək.