Rəhim Rəhimli “MTV Azərbaycan”dan çıxarıldı

“MTV Azərbaycan” televiziyasının direktoru müğənni Rəhim Rəhimli işdən çıxarılıb.

Rəhim Rəhimli “MTV Azərbaycan”dan çıxarıldı

Intime.az “Mediatime”-a istinadən xəbər verir ki, artıq bir neçə müddətdir müğənni işə çıxmır. Onun yerinə ATV-nin keçmiş vitse-prezidenti Həsən Abdullayev gətirilib. Həsən Abdullayev iki həftəyə yaxındır ki, direktor kimi vəzifəsini icra edir.  

Televiziya yaxın günlərdə “20 Yanvar” ərazisində yerləşən yeni binada fəaliyyətə başlayacaq.

Xatırladaq ki, Rəhim Rəhimli 2018-ci ilin iyunundan kanala direktor təyin edilib.

Həsən Abdullayev Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin baş prodüseri və İTV-nin baş direktorun müavini vəzifələrində çalışıb.

Loading...