Rəqsanə İsmayılova 250-dən çox ailəni himayəsinə götürdü - VİDEO

Müğənni Rəqsanə İsmayılova Moskvada yaşayan 250-dən çox ailəni 2 aylıq himayəsinə götürüb.

Intime.az-ın xəbərinə görə, müğənni bu barədə "Instagram" hesabında paylaşım edib.

"Əziz izləyicilərim, hazırda Moskvada yaşayan 250-dən çox ailəni 2 aylıq himayəmizə götürdük. Ərzaqlarla təmin etdik, düşdükləri çətin vəziyyətdən çıxış yolu tapmağa çalışdıq. Bu da son deyil, bunu davam etdiririk. Bu çətin ərəfədə həmyerlilərimizlə bərabər olacam. Allah hər birinizi qorusun. Canımız sağlam olsun. Evdəqalın." - deyə, o bildirib.

Loading...