Rövnəqin gəlininin təmtəraqlı xınası - FOTO

SOCAR prezidenti Rövnəq Abdullayevin gəlini üçün ərəbsayağı xına məclisi təşkil edilib.

Rövnəqin gəlininin təmtəraqlı xınası - FOTO
Rövnəqin gəlininin təmtəraqlı xınası - FOTO
Rövnəqin gəlininin təmtəraqlı xınası - FOTO
Rövnəqin gəlininin təmtəraqlı xınası - FOTO

Intime.az Publika.az-a istinadən xəbər verir ki, dünən R.Abdullayevin oğlu Rəşad Abdullayevin toyu olub. “Buta Palace”da baş tutan toyda bir sıra dövlət xadimləri, tanınmış simalar iştirak edib.

Məlum olub ki, deputat Qənirə Paşayeva ilə qohum olan SOCAR prezidentinin gəlini üçün toydan əvvəl ərəbsayağı xına mərasimi təşkil olunub. Məclisi şairə Nazilə Səfərli aparıb. Renka isə məclisin əsas rəqqasəsi olub.

Məlumat üçün bildirək ki, dünən təntənəli məclisi estradamızın əsas ulduzları - Xalq artistləri Aygün Kazımova, Brilliant Dadaşova, Əməkdar artistlər Ədalət Şükürov və Röya Ayxan aparıb. Həmçinin Azərbaycanı “Eurovision – 2019” mahnı müsabiqəsində təmsil edən müğənni Çingiz Mustafayev də toyda səhnə alıb.

Toyun aparıcısı isə İTV telekanalının bədii əyləncə və musiqi verilişləri departamentinin rəhbəri Leyla Quliyeva olub.

Bildirək ki, Rəşad Abdullayev Qənirə Paşayevanın əmisi Qəzənfər Paşayevin nəvəsi ilə evlənib.