ŞAD XƏBƏR - Qaz limiti artırıldı

Azərbaycanda təbii qazın istifadə limiti artırılıb. 

ŞAD XƏBƏR - Qaz limiti artırıldı

İntime.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, əhalinin aztəminatlı hissəsinin maddi vəziyyətinin yaxşılaşdırılması baxımından mavi qazın illik satış tarifi 1700 kub metrdən 2200 kub metrədək yüksəldilib: "Mövcud qərara əsasən, əlavə olaraq 300 min abonent də bu imkandan istifadə edəcək ki, bu da təxminən 1,2 milyon nəfər deməkdir. Beləliklə, əvvəlki rejimdə abonentlərin 70%-i güzəştli tariflərdən istifadə edirdisə, bugünkü qərardan sonra bu hədd 85%-ə qədər yüksələcək. Qərar may ayının 1-dən qüvvəyə minir",

Bildirək ki, Tarif Şurasının qərarına uyğun olaraq, 2017-ci ilin yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1 700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1 700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanırdı.