SON DƏQİQƏ: 14 yaşlı Mədinə itkin düşdü

Bakı şəhəri Nizami rayonu, Çobanzadə küçəsi bina 71, mənzil 86-da yaşayan 14 yaşlı Məmmədova Mədinə Camal qızı bu gün səhər saatlarından itib.

SON DƏQİQƏ: 14 yaşlı Mədinə itkin düşdü

Intime.az xəbər verir ki, bu barədə AFN-ə Mədinənin əmisi Məmmədov Təzəxan məlumat verib. Onun sözlərinə görə, qardaşının bir oğlu, bir qızı var və onlar anaları ilə qeyd edilən ünvanda yaşayırlar: "Qardaşım özü Rusiyada yaşayır. Bu gün səhər anası işə gedib, qardaşı yatırmış, durub görüb bacısı yoxdur. Qardaşım qızı telefon işlətmirdi, heç bir sosial şəbəkədən istifadə etmirdi. Çox müəmmalı surətdə yoxa çıxıb Mədinə. 102-yə zəng edib məlumat verdik. Gəldilər izahat aldılar getdilər. Səhər tezdən bura bir dəfə maraqlanmayıblar. Binanın sağında da solunda da TŞK var. Baxırlar ya yox, bizə heç nə demirlər. Polis deyir ki, bir şey olsa deyəcəyik. Nə olacaq? Uşaq özü bölməyə gələcək? Mədinənin qardaşı deyir həyətdə təxminən 40 yaşlarında kimsə oturub bunları güdürmüş. Amma bizim heç kimdən şübhəmiz yoxdur".

24-cü Polis Bölməsinin növbətçisi Zaur Məmmədov AFN-ə bildirdi ki, baş vermiş hadisə ilə bağlı ailənin ərizəsi qəbul edilib və hazırda axtarış əməliyyatları aparılır: "Bakı üzrə bütün aidiyyatı qurumlara məlumat verilib. Kameralara da baxılıb, baxış davam edir. Bir məlumat olan kimi ailəyə xəbər veriləcək".

Loading...