SON DƏQİQƏ: Azərbaycanda yaşayış binası yanır

SON DƏQİQƏ: Azərbaycanda yaşayış binası yanır

Neftçala rayonunda dördmərtəbəli yaşayış binasında yanğın baş verib.

Intime.az report.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Yanğın binanın sonuncu mərtəbəsində başlayıb. Hadisə yerinə Neftçala rayon yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub, sakinlər binadan təxliyə edilib.

Hava şəraiti küləkli olduğundan alovun qarşısını almaq hələ mümkün deyil.