SON DƏQİQƏ: Erməni təxribatının qarşısını alınıb, düşmən əsgəri məhv edilib, atışma davam edir

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Goranboy istiqamətində atəşkəs rejimini kobud surətdə pozmaqla təxribat törətməyə cəhd göstərib.

SON DƏQİQƏ: Erməni təxribatının qarşısını alınıb, düşmən əsgəri məhv edilib, atışma davam edir
SON DƏQİQƏ: Erməni təxribatının qarşısını alınıb, düşmən əsgəri məhv edilib, atışma davam edir

Azərbaycan Müdafiə Nazirliyindən Intime.az-a verilən məlumata görə, Azərbaycan bölmələrinin sayıqlığı nəticəsində düşmənin bir hərbi qulluqçusu məhv edilib. Bir sutkaya yaxındır ki, düşmən hərbiçisinin cəsədi qoşunların səngərləri arasındakı ərazidə qalır.

Hazırda bu istiqamətdə atışma davam edir, vəziyyət bölmələrimizin nəzarəti altındadır.

Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür.