SON DƏQİQƏ: Ermənistan müharibəyə hazırlaşır

Hərbçilərin üç aylıq toplanışının elan edilməsinin əsl səbəbi məlum deyil

SON DƏQİQƏ: Ermənistan müharibəyə hazırlaşır


Ermənistanın Müdafiə Nazirliyi tərəfindən mart ayının 20-dən iyunun 20-dək ehtiyatda olan keçmiş hərbi qulluqçular, o cümlədən birinci qrup birinci dərəcəli ehtiyat olan zabit və proprşiklər, habelə digər vətəndaşlar üç aylıq təlim düşərgələrinə cəlb ediləcək.

Intime.az xəbər verir ki, Bu barədə “Jamanak” (“Zaman”) qəzeti məlumat yayıb. Məlumatda bildirilir ki, bununla bağlı hökumətin qərarı var.

Bu ehtiyacın yaranmasının səbəbi kimi ordunun yeni silah növləri ilə tamamlanması göstərilir. Guya ehtiyatda olanlar müasir silahlardan istifadə etmə bacarığına da sahib olmalıdırlar. Hərbçilərin üç aylıq toplanışının elan edilməsinin əsl səbəbi məlum omasa da, düşmənin müharibəyə hazıralaşmasına da dəlalət edə bilər. / AzToday.az