SON DƏQİQƏ: İran ABŞ bazasını və səfirliyini bombalayır - VİDEO

ABŞ-ın Bağdaddakı səfirliyi raketlərlə atəşə tutulub.

SON DƏQİQƏ: İran ABŞ bazasını və səfirliyini bombalayır - VİDEO

Intime.az Anadolu agentliyinə istinadən xəbər verir ki, “yaşıl bölgədə” yerləşən səfirliyinin yaxınlığına azı 2 mərmi düşüb. Hadisədən sonra bölgədə həyəcan siqnalları işə düşüb. Səfirliklərin və dövlət əhəmiyyətli binaların yerləşdiyi “yaşıl bölgə”yə giriş-çıxışlar nəzarətə götürülüb.

Bu hücumdan bir neçə dəqiqə sonra amerikalı hərbçilərin olduğu Səlahəddin şəhərində yerləşən ölkənin ən böyük hərbi bazası “Bələd” raketlərlə atəşə tutulub. Tələfat barədə məlumat olmasa da, çox sayda yaralının olduğu bildirilir. Ərazidə ara-sıra silah səslərinin eşidildiyi irəli sürülür.

Hadisələrə görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməsə də, hücumların İran dəstəkli silahlılar tərəfindən təşkil edildiyi güman edilir.

 

Loading...