SON DƏQİQƏ: Müxalifət liderləri saxlanıldı

REAL partiyasının lideri İlqar Məmmədov saxlanılıb. Onu mülki paltarda olan şəxslər evindən çıxan zaman saxlayıblar.

SON DƏQİQƏ: Müxalifət liderləri saxlanıldı

Intime.az xəbər verir ki, bu barədə onun müavini Natiq Cəfərli Anews.az məlumat verib.

Arif Hacılının evi də polis tərəfindən mühasirəyə alınıb. "Müsavat" partiyasının bir neçə fəalı  saxlanılıb. 

Həmçinin saat 12.30 radələrində D18 hərəkatının lideri Ruslan İzzətli saxlanılıb, bu barədə hərəkatın idarə heyətinin üzvü Samir Ağayeva Anews.az-a məlumat verib. 

Saxlanılanlar bu gün MSK qarşısında keçiriləcək mitinqin təşkilatçıları sayılırdı.

Daxili İşlər Nazirliyinin mətbua katibi Ehsan Zahidpv onda belə bir məlumatın olmadığını bildirərək dəqiqləşdirəcəyinə söz verdi.  

Loading...