Təkrar qaynadılmış su sonsuzluq və xərçəng yaradır - XƏBƏRDARLIQ

Həkimlər ikinci dəfə qaynadılmış sudan istifadə etməməyi məsləhət görürlər. 

Təkrar qaynadılmış su sonsuzluq və xərçəng yaradır - XƏBƏRDARLIQ

Intime.az xəbər verir ki, mütəxəssislərin araşdırmalarına görə, bir dəfədən çox qaynadılmış suyun içilməsi zaman keçdikcə insan sağlamlığına mənfi təsir göstərə bilər. Çünki təkrar qaynayan suyun tərkibində təhlükəli kimyəvi maddələrin konsentrasiyası yaranır. Tibb alimlərinin fikrincə, yenidən qaynadılmış suda adətən patogen mikroorqanizmləri məhv etmək üçün işlədilən arsenik(“mışyak) də yaranır ki, bu da zəhərlənməyə gətirib çıxara  bilər... 

Təkrar qaynadılan suda ftoridlərdən ftor da əmələ gəlir.  Həkimlərin sözlərinə görə, bu cür birləşmələr qadınlarda sonsuzluğun inkişaf riskini artırır və uşaqların zehni inkişafına da pis təsir edir. Həmçinin, suyun tərkibində nitratlar da var ki,  maye 2-3-cü dəfə qaynadıldıqda onlar nitrosaminlərə çevrilir. Və həmin maddələr bədən hüceyrələrini dağıda  və hətta orqanizmdə xərçəng şişlərini inkişaf etdirə bilər. 

Bütün bunlara görə həkimlər heç vaxt təkrar qaynadılmış su içməməyi tövsiyə edirlər. Hər dəfə soyumuş qaynar suyu yenidən isidib içməyə yox, qabı boşaldıb təkrar təmiz su tökərək qaynatdıqdan sonra istifadə etməyə çalışın. / Moderator

Loading...