Türkiyə Liviyaya hansı şərtlərlə qoşun göndərəcək?

Əgər marşal Xəlifə Haftar Tripoliyə hücümu dayandırsa, rəsmi Ankara Liviyaya öz qoşunlarının göndərilməsindən imtina edə bilər.

Türkiyə Liviyaya hansı şərtlərlə qoşun göndərəcək?

Intime.az "Report"-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib.

"Bizim qoşunlarımız Liviyaya girəcəkmi, bu, orada yaranan xüsusi vəziyyətdən asılıdır. Bizim Silahlı Qüvvələrimiz və Müdafiə Nazirliyimiz hazırdır. Parlamentdə qoşun göndərmək üçün mandatın qəbul edilməsi özündə siyasi mesaj daşıyır. Əgər qarşı tərəf hücumlardan imtina haqqında bildirsə, onda niyə bizə ora getməliyik?" - deyə Fuad Oktay "Anadolu" agentliyinə bildirib.

Loading...