Türkiyədə daha 15 nəfər koronavirusdan öldü

Türkiyədə daha 15 nəfər koronavirusdan ölüb.

Türkiyədə daha 15 nəfər koronavirusdan öldü

Intime.az xəbər verir ki, bunu ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb. Nazir bildirib ki, son sutka ərzində 5035 test aparılıb, onlardan 561-nin nəticəsi pozitiv çıxıb.

Qeyd edək ki, bununla da Türkiyədə sözügedən virusdan ölənlərin sayı 59-a çatıb. Ölkədə aktiv koronavirus xəstələrinin sayı isə 2433 nəfərdir. / Yeniçağ

Loading...