Türkiyədən acı xəbər: 5 şəhid, 5 yaralı

Suriyanın İdlib vilayətində Türkiyə ordusunun 5 əsgəri şəhid olub.

Türkiyədən acı xəbər: 5 şəhid, 5 yaralı


Intime.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Türkiyə hərbçiləri Suriya ordusu tərəfindən hücuma məruz qalıb.

Nəticədə 5 əsgər şəhid olub, 5 əsgər xəsarət alıb.