UEFA Azərbaycan klublarının hesabına 85280 avro köçürüb

2018/19 mövsümündə avrokuboklarda iştirak edən klubların büdcəsinə növbəti vəsait daxil olub.

UEFA Azərbaycan klublarının hesabına 85280 avro köçürüb


Intime.az Apasport.az-a istinadən xəbər verir ki, Çempionlar Liqası və Avropa Liqası turnirlərində iştiraka görə UEFA tərəfindən ayrılmış 85280 avro ayrılıb.

Bu vəsait AFFA-nın vasitəsilə klublara köçürülüb. “Qarabağ” 51920, “Neftçi”,  “Qəbələ” və “Keşlə” hərəyə 11120 avro əldə edib.

Qeyd edək ki, “Keşlə” üçün nəzərdə tutulmuş vəsait aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan Klubun hesabına köçürüləcək.