Xarici İşlər naziri istefa verdi

Ukrayna Xarici İşlər naziri Pavel Klimkin istefa verib.

Xarici İşlər naziri istefa verdi

Intime.az-ın verdiyi xəbərə görə, bu barədə o, feysbuk hesabında paylaşdığı videomüraciətdə bildirib.

XİN rəhbəri mayın 20-də Ali Radaya, daha sonra yeni Prezident Vladimir Zelenskiyə bəyanat ünvanlayacağını söyləyib.

Pavel Klimkin postunu tərk etdikdən parlament seçkilərində iştirak edəcəyini açıqlayıb.

Qeyd edək ki, V. Klimkin 2014-cü iyunun 19-da XİN-ə rəhbər təyin edilib. Buna qədər o, iki il Ukraynanın Almaniyada səfiri olub. 

Mənbə: Qafqazinfo.az