Yeni metro stansiyası nə zaman istifadəyə veriləcək?

“Bakı Metropoliteni”nin Bənövşəyi xəttin üçüncü stansiyası istifadəyə veriləcək.

Yeni metro stansiyası nə zaman istifadəyə veriləcək?

Intime.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədovun sözlərinə görə, 2018-ci ildə “Avtovağzal” stansiyasından Xocahəsən deposuna aparan tunellərdən biri inşa olunub.

“2018-ci ildə bu tunellərdən biri inşa olunmuşdu. Yaxın aylarda digər tunelin də inşası tamamilə başa çatdırılacaq, yol və digər infrastruktur işlərinin aparılmasına başlanılacaq”.