Zəlzələ qonşu ölkəni silkələdi
Gürcüstanda 3.3 bal gücündə zəlzələ baş verib.

Intime.az xəbər verir ki, bu barədə Gürcüstanın Elmlər İnstitutu məlumat yayıb.
Məlumatda bildirilir ki, zəlzələ Tbilisi vaxtı ilə 02:31-də qeydə alınıb.
Zəlzələnin episentri isə İmereti bölgəsinin Txibuli rayonu olub.