Zümrüd: “Yazırlar ki, qız özünü buraxıb”

Tanınmış aparıcı Zümrüd Bədəlova sosial şəbəkədə onu qınayan və hətta təhqir edən insanlardan danışıb.

Zümrüd: “Yazırlar ki, qız özünü buraxıb”

Intime.az xəbər verir ki, yenicag.az-a açıqlama verən aparıcı əvvəllər bu şərhləri sildiyini bildirib:

“Heç vaxt efirdə rola girmirəm. Tamaşaçını aldatmaq olmaz. “Bəzənim-düzənim, efirə çıxım, üzümə-gözümə, bədənimə, orama-burama baxsınlar”, – deyə bir anlayış olmayıb məndə.

Bəzən məni qınayırlar da. Bəyənənlərlə yanaşı bəyənməyənlər də var. Sosial şəbəkədə yazırlar ki, qız efirdə özünü buraxıb. Əvvəllər belə şərhləri silirdim, indi yox, artıq öyrəşmişəm. Məni bəyənənlər yazır ki, həmişə belə səmimi ol. Hətta görürəm ki, şərhlərdə sevənlərimlə sevməyənlərim buna görə bir-birləri ilə dalaşırlar. Özümü buraxıb neyləmişəm ki, bəlkə kimisə biabır etmişəm, ya da təhqirə yol vermişəm?Qonaqlarıma arada atmacalı sözlər deyirəm, gülərək də cavabımı alıram. Amma heç vaxt kimisə aşağılamaram. Buna ixtiyarım da yoxdur, qonaqlarımı niyə aşağılayım ki?”

Loading...